Hemilton "Mersedes"lə danışıqlara başlamağa tələsmir

21 Fevral, 15:00 Sosial mediada paylaşın:
Lüis Hemilton hələ də “Mersedes”lə yeni müqavilə ilə bağlı danışıqlara başlamayıb.
Mətbuata açıqlama verən Formula 1 üzrə 6 dəfə dünya çempionu tələsməyin mənasız olduğunu deyib. Britaniyalı pilotun sözlərinə görə, hazırda  komanda yalnız mövsümə hazırlıq haqda fikirləşməlidir. Bu mənada, müqavilə şərtləri barədə müzakirə açmaq yersizdir.
Xatırladaq ki, yeni mövsümün sonunda Hemiltonun “Mersedes”lə müqavilə müddəti başa çatır. Onun “Ferrari”yə keçəcəyi haqda xəbərlər yayılsa da, məlumatlar təsdiqini tapmır.

CANLI YAYIM