Kayri İrvinq mövsümü başa vurub

21 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Bruklin”in oyun qurucusu Kayri İrvinq üçün mövsüm başa çatıb.
Çiynindən əməliyyat olunan ulduz basketbolçunun bərpa prosesi uzun sürəcək. Kayri hələ mövsümün əvvəlində problem yaşamağa başlamış və zədə səbəbindən yalnız 26 oyunda meydana çıxmışdı. Onun “Bruklin”də debüt mövsümündə hər oyuna orta hesabla 27,4 xal, 5,2 ribaund və 6,4 məhsuldar ötürmə etdiyini vurğulayaq.

CANLI YAYIM