Cüdoçularımız Düsseldorfda 4 medal qazanıb

24 Fevral, 11:04 Sosial mediada paylaşın:
Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin sonuncu günündə daha 3 medal qazanıblar.
Elmar Qasımov 100 kq çəki dərəcəsində, İrina Kindzerska isə qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə gümüş medala sahib olublar. Günün daha bir medalını 100 kq-da Zelim Kotsoyev 3-cü nəticə göstərməklə qazanıb. Xatırladaq ki, bir gün əvvəl Rüstəm Orucov (73 kq) da mübarizəni bürünc medalla tamamlamışdı.
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 2 gümüş və 2 bürünc medalla yekunlaşdırıblar.

CANLI YAYIM