Bəhreyn iki Qran-priyə ev sahibliyi edə bilər

12 Mart, 16:58 Sosial mediada paylaşın:
Bu mövsüm Bəhreyndə Formula 1 yarışlarının iki mərhələsini keçirmək ehtimalı yaranıb.
Belə ki, Avropa mətbuatının məlumatına görə Vyetnam Qran-prisinin keçirilməsi sual altındadır. Məsələ ilə əlaqədar Formula 1-in baş direktoru vəziyyəti yerli hakimiyyətlə müzakirə edir. Vyetnamdan mənfi cavab alınacağı halda, yarış Bəhreynə həvalə olunacaq. Xatırladaq ki, Bəhreyn Qran-prisi martın 20-dən 22-dək keçiriləcək.
Vyetnam Qran-prisi koronavirusa görə ləğv olunsa, Bəhreyn bu yarışa aprelin ilk günlərində də ev sahibliyi edəcək.

CANLI YAYIM