Koronavirus Litva çempionunu "elan edib"

14 Mart, 14:20 Sosial mediada paylaşın:
Basketbol üzrə Litva çempionatı da koronavirusa görə vaxtından əvvəl başa çatdırılıb.
Ölkədəki digər yarışlardan fərqli olaraq bu mövsüm hətta xəstəlik təhlükəsi aradan qalxsa belə, basketbolçuların çempionatı bərpa olunmayacaq. Yarışın lideri “Jalgiris” isə pley-off oyunları keçirilmədən çempion elan edilib.
Beləliklə, Kaunas klubu tarixində 22-ci dəfə ölkə çempionu olub. Liderlər qrupunun digər komandaları isə çempionat dayandırılarkən qərarlaşdıqları yerlərə əsasən avrokuboklarda iştirak edəcəklər.

CANLI YAYIM