İsinbayeva Olimpiadaya görə narahat deyil

14 Mart, 15:00 Sosial mediada paylaşın:
Yelena İsinbayeva Tokio Yay Olimpiya Oyunlarının öz vaxtında başlanacağına ümid etdiyini bildirib.
Şüvüllə tullanma yarışlarında ikiqat olimpiya çempionu olan rusiyalı atlet mətbuata açıqlamasında koronavirusun təşkilatçılığa problem yaratmayacağına inandığını söyləyib. Onun sözlərinə görə Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir, habelə, olimpiadanın təşkilatçısı, beynəlxalq federasiyalar, milli olimpiya komitələri ilə müntəzəm əlaqə saxlayır. İsinbayeva hazırda təsnifat turnirlərinin təxirə salınmasını da etiraf edib, lakin bu problemin həll ediləcəyinə ümidvar olduğunu deyib.
Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokio 2020-nin təxirə salınacağını istisna etməyib.

CANLI YAYIM