İsveçrə Futbol Assosasiyasının prezidenti koronavirusa yoluxub

16 Mart, 12:30 Sosial mediada paylaşın:
İsveçrə Futbol Assosasiyasının prezidenti Dominik Blan koronavirusa yoluxub.
70 yaşlı funksioner boğaz ağrıları və öskürəkdən əziyyət çəkdiyinə görə həkimə müraciət edib.Test nəticəsində onun infeksiyaya yoluxduğu məlum olub. Hazırda Blan öz evində müalicə edilir.
Onun xəstələnməsindən sonra İsveçrə Futbol Assosasiyasının bütün əməkdaşları karantinə alınıb.