Dmitri Selyuk: "Sanki dünyanın sonu ilə bağlı çəkilən filmləri izləyirsən"

16 Mart, 14:00 Sosial mediada paylaşın:
Simferopolun “Tavriya” və Donetskin “Metallurq” klublarının sabiq vitse-prezidenti, indi isə bir neçə məşhur futbolçunun agenti kimi fəaliyyət göstərən Dmitri Selyuk hazırda yaşadığı Barselona şəhərindəki vəziyyət barədə fikirlərini bölüşüb.
O, pandemiyaya görə evdən çıxmadığını, ümumiyyətlə, küçələrdə adam olmadığını bildirib: “Qapını hamının üzünə bağlayıb evdə oturmuşuq. Küçədə adam tapa bilməzsiniz. Şəhərdə ancaq ərzaq dükanları və apteklər işləyir. Barselona tamamilə hərəkətsiz vəziyyətdədir. Bu mənzərə adamı dəhşətə gətirir. Sanki dünyanın sonu ilə bağlı çəkilən filmləri izləyirsən. Mən heç nədən qorxmuram. Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Təəssüf ki, İspaniyada koronavirusa qədər insanlar məsuliyyətsiz hərəkətlərə yol verirdilər. Valideynlər hətta xəstə uşaqlarını məktəbə aparırdı. Amma çinlilər bu baxımdan çox həssasdır. Ümid edək ki, istilər düşdükdən sonra vəziyyət düzələcək. Mən Afrikadakı tanışlarımla müntəzəm əlaqə saxlayıram, orada xəstəlik qeydə alınmayıb”.

CANLI YAYIM