BOK-un qərargahı bağlanıb

16 Mart, 15:29 Sosial mediada paylaşın:
Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı qərargahı qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.
Artıq təşkilatın işçiləri öz funksiyalarını evdə yerinə yetirir. Avropa mətbuatı yazır ki, hazırda qərargahın 500 əməkdaşı işə çıxmır. Lozannadakı Olimpiya muzeyi də azı 2 həftəliyə fəaliyyətini dayandırıb.
Xatırladaq ki, İsveçrədə hələlik 1375 nəfər koronavirusa yoluxub, onlardan 14-ü vəfat edib.