"Liverpul" Viynalduma yeni müqavilə təklif edib

17 Mart, 12:30 Sosial mediada paylaşın:
“Liverpul” niderlandlı Corcinyo Viynaldumla müqaviləni yeniləmək istəyir.
İtaliyalı jurnalist Nikola Skiranın məlumatına görə, tərəflər 2023-cü ilə qədər yeni müqavilənin şərtərini, demək olar, razılaşdırıblar. Xatırladaq ki, 29 yaşlı futbolçu ilə anlaşmanın vaxtı 2021-ci ildə başa çatır. Mersisaydlılar Viynaldumu 2016-cı ildə 25 milyon funt-sterlinqə “Nyukasl”dan transfer edib.
Bu mövsüm Corcinyo premyer liqada keçirdiyi 28 oyunda 3 qol vurub.