Mayın 2-nə qədər WTA yarışları keçirilməyəcək

17 Mart, 14:32 Sosial mediada paylaşın:
Koronavirus pandemiyasına görə mayın 2-nə qədər WTA turnirləri keçirilməyəcək.
Bu barədə qurumun rəsmi saytında yazılıb. Təqvimə əsasən, bu müddət ərzində Ştutqart, İstanbul və Praqada keçiriləsi yarışlar ləğv olunub. Torpaq kortlardakı turnirlərin təqvimi haqda gələn həftə məlumat veriləcək.
Ötən həftə isə ATP aprelin 30-dək bütün yarışların ləğvi ilə bağlı bəyanat yaymışdı.

CANLI YAYIM