"Barselona" yayda 4 oyunçu transfer etmək istəyir

17 Mart, 15:38 Sosial mediada paylaşın:
“Barselona” yayda 4 mövqeyə oyunçu transfer etməyi planlaşdırır.
İspaniya mətbuatının yazdığına əsasən, klub rəhbərliyi mərkəz və cinah müdafiəçiləri, mərkəz yarımmüdafiəçisi, habelə forvard axtarışındadır. Katalonlar hücumçular arasında “İnter”dən Lautaro Martineslə daha çox maraqlanırlar.
Amma “Marca” nəşri bildirir ki, klubun ən başlıca məqsədi Neymarı PSJ-dən geri qaytarmaqdır.Deyilənə görə, parislilər braziliyalı futbolçunun transferini 150 milyon avroya satmağa hazırdır.

CANLI YAYIM