Rikkardo getsə, "Reno" Fetteli dəvət edə bilər

17 Mart, 16:52 Sosial mediada paylaşın:
Siril Abitebul 2021-ci ildə Sebastyan Fettelin “Reno”ya keçəcəyini istisna etməyib.
Fransa avtoidman şirkətinin rəhbəri məşhur “Motorsport” nəşrinə müsahibəsində bildirib ki, bu keçid ancaq Daniel Rikkardonun komandanı tərk edəcəyi halda baş verə bilər. Abitubel hər şeydən əvvəl hazırda avstraliyalı pilotu komandada saxlamaq üçün çalışdıqlarını deyib. Amma o, Sebastyan Fettelin potensialına dəyər verdiklərini də söyləyib.
Xatırladaq ki, Sebastyan Fettelin “Ferrari” ilə müqavilə müddəti mövsümün sonunda başa çatır.