"Trabzonspor" Obi Mikellə vidalaşıb

18 Mart, 12:52 Sosial mediada paylaşın:
“Trabzonspor” 32 yaşlı yarımmüdafiəçi Con Obi Mikellə vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməyi qərara alıblar. Bundan sonra nigeriyalı futbolçu azad agent statusu əldə edərək istənilən kluba keçə biləcək.
Xatırladaq ki,Obi Mikel “Trabzonspor”a ötən ilin iyulunda gəlmişdi. Əvvəlki 11 mövsümdə o, “Çelsi”də çıxış etmiş və həmin müddət ərzində 11 titul qazanmışdı. Türkiyə superliqasında keçirdiyi 19 oyunda isə Mikel yalnız 6 sarı vərəqə almaqla yadda qalmışdı.

CANLI YAYIM