Berbatov: "Mourinyoya ən azı bir mövsüm vaxt vermək lazımdır"

18 Mart, 16:35 Sosial mediada paylaşın:
Dimitar Berbatov Joze Mourinyonun “Tottenhem”də qalmasını istəyir.
Komandanın sabiq hücumçusuİngiltərə mətbuatına açıqlamasında söyləyib ki, hazırda yaranan məcburi fasilə portuqaliyalı məşqçi üçün faydalı olacaq: “İndiki məqamda təşvişə düşməyə əsas yoxdur. Premyer liqada mövsümün dayandırılması Mourinyoya düşünmək üçün vaxt verəcək. Hələ zədəlilərin də geri qayıtmasını gözləmək lazımdır. Fikrimcə, Poçettinonun istefasından sonra Mourinyo “Tottenhem” üçün ən yaxşı seçmdir. Mən hələ də portuqaliyalıya inanıram. İşləmək üçün ona ən azı bir mövsüm vaxt vermək lazımdır”.