Yaponiyalı nazir Tokio Olimpiadasının lənətləndiyini söyləyib

19 Mart, 16:45 Sosial mediada paylaşın:
Yaponiyanın maliyyə naziri Taro Aso Tokio olimpiadasının lənətləndiyini söyləyib.
Dövlət rəsmisi çıxışlarından birində Yay Olimpiya Oyunlarının  tarixinə nəzər salaraq, belə halların 40 ildən bir təkrarlandığını söyləyib. O, 1940-ci ildə Tokio olimpiadasının II Dünya Müharibəsinə görə baş tutmadığını, 1980-ci ildə  isə  Moskvadakı Olimpiya Oyunlarının SSRİ ilə soyuq müharibə şəraitində olan dövlətlər tərəfindən boykot edildiyini xatırladıb. 40 ildən sonra yenə də  Tokioda Yay Olimpiya Oyunları təhlükəyə düşüb.

CANLI YAYIM