"Barselona" Qrizmannı satmaq istəyir

23 Mart, 12:51 Sosial mediada paylaşın:
“Barselona” rəhbərliyi Antuan Qrizmannın transferini satmağa hazırlaşır.
İspaniya mətbuatı yazır ki, klub büdcəyə qənaət məqsədi ilə bu addımı atacaq. Fransalı hücumçunun keçidi üçün “Barselona” minimum 100 milyon avro tələb edir. Bəzi mənbələr isə “Mançester Yunayted”, PSG, “Çelsi” və “Arsenal”ın Qrizmannla maraqlandığını yazır.
Qeyd edək ki, Antuan Katalonioya klubuna ötən yay 120 milyon avro müqabilində “Atletiko”dan keçmişdi. O, hazırkı mövsümdə bütün turnirlərdə keçirdiyi 37 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

CANLI YAYIM