Totti: "Mənə qalsaydı, karyeramı bitirməzdim"

23 Mart, 13:14 Sosial mediada paylaşın:
Françesko Totti hələ də futbol oynamağa gücü olduğunu söyləyib.
Mətbuata açıqlamasında “Roma”nın sabiq kapitanı futbol üçün darıxdığını etiraf edib: “İndiki vəziyyətimdə hər oyunda meydanda 30 dəqiqə mübarizə apara bilərdim. Mənə qalsaydı, karyeramı bitirməzdim. Hazırda oyunlar üçün çox darıxmışam. İndiki şəraitə uyğunlaşmaq üçün hər şeyi yenidən başlamalısan.Futbolçulara rəhbərlik etmək tamam başqa təcrübədir”.
Hazırda Totti klub və futbolçular üçün məsləhət xarakterli iki skaut agentliyinə rəhbərlik edir.

CANLI YAYIM