Jurnalistlər Adetokumbonu 1-ci yerə layiq görüb

24 Mart, 15:33 Sosial mediada paylaşın:
Amerikalı jurnalistlərin rəy sorğusuna əsasən, Yannis Adetokumbo mövsümün oyunçusu seçilib.
ESPN-in məlumatına görə, sorğu 70 jurnalist arasında keçirilib və yunanıstanlı basketbolçu 700 mümkün xaldan 670-ni toplayıb. 60 nəfər onu 1-ci , 10 nəfər isə ikinci yerə layiq görüb. Soprğuda ikinci pilləyə isə 514 xalla Lebron Ceyms yüksəlib. Cəmi 10 jurnalist onun adını 1-ci yerdə yazıb. İlk üçlüyü isə “Hyuston”un lideri Ceyms Harden tamamlayıb. “Dallas”dan Luka Donçiç və “Klippers”dən Kavay Leonard müvafiq olaraq dördüncü-beşinci yerləri tutublar.

CANLI YAYIM