Lukaku məşqçilik kurslarına qatılıb

25 Mart, 13:01 Sosial mediada paylaşın:
Romelu Lukaku məşqçi olmaq istəyir.
Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinin məlumatına görə, “A” Seriyasında yaranan məcburi fasilədən istifadə edən “İnter”in hücumçusu UEFA-nın onlayn məşqçilik kursuna yazılıb. Mənbə həmçinin Belçika millisinin üzvləri Kevin De Bruyne ilə Aksel Vitselin də bu kurslara qatıldığını qeyd edib.
Xatırladaq ki, yayda “Mançester Yunayted”dən “İnter”ə keçən 26 yaşlı hücumçu bu mövsüm “A” Seriyasında 25 oyuna 17 qol vurub.

CANLI YAYIM