Ümumdünya Şahmat Olimpiadası da təxirə salındı

25 Mart, 13:09 Sosial mediada paylaşın:
Bu ilin avqustunda keçiləsi Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb.
Bu barədə FİDE-nin rəsmi saytında dırc edilən məlumatda deyilir ki, koronavirusa görə mötəbər yarış 2021-ci ilə təyin olunub. Xatırladaq ki, təqvimə əsasən açılış mərasimi bu il Xantı-Mansiyskdə keçirilməli, turnirin oyunları isə avqustun 6-dan 17-dək Moskvada olmalı idi.
Maraqlıdır ki, tarixdə ilk dəfə Ümumdünya Şahmat Paralimpiadası da bu il təşkil edilməliidi. Lakin həmin yarış da koronavirusa görə təxirə salınıb.

CANLI YAYIM