Sterlinq "Liverpul"u sevdiyini etiraf edib

25 Mart, 13:15 Sosial mediada paylaşın:
Rahim Sterlinq yenidən “Liverpul”a qayıdacağını istisna etməyib.
“Mançester Siti”nin 25 yaşlı futbolçusu “İnstagram” səhifəsində fanatlardan birinin “Mersisayd klubuna qayıdarsanmı?” - sualına belə cavab verib: “Düzünü bilmək istəyirsizsə, mən “Liverpul”u sevirəm. Məni düz başa düşün, bu klub əbədi olaraqürəyimdə qalacaq. “Liverpul” bu səviyyəyə yüksəlməyimdə böyük rol oynayıb. Ona görə də...” Cümləsini ümid notları ilə tamamlayan Sterlinqin nə vaxt “Liverpul”a dönəcəyi, ümumiyyətlə, bu qayıdışın baş verib-verməyəcəyi heç kimə məlum deyil.
Xatırladaq ki, İngiltərə millisinin hücumçusu 2015-ci ildə Mersisayd klubundan “Mançester Siti”yə transfer olunmuşdu.