Zidan Poqbanı, Poqba "Yuventus"u istəyir

25 Mart, 13:31 Sosial mediada paylaşın:
“Liverpul”un sabiq yarımmüdafiəçisi Məhəmməd Sissoko Pol Poqbanın “Yuventus”a keçmək istədiyini söyləyib.
Fransalı futbolçu həmyerlisinin gələcək taleyi ilə bağlı söyləyib: “Mən yaxşı bilirəm ki, Zidan Poqbanı “Real”da görmək istəyir, amma Pol “Yuventus”a qayıtmağı arzulayır. Məncə, həmyerlim özünü əsas rolda gördüyü komandaya keçməlidir. Məhz belə olacağı təqdirdə o, əvvəlki nüfuzunu geri qaytara bilər”.