"Evdə qal, idmansız qalma" layihəsinin ilk qonağı Fərid Mansurov olub (VİDEO)

25 Mart, 16:15 Sosial mediada paylaşın:
Gənclər və İdman Nazirliyi “İdman TV” ilə birgə yeni – “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verib
Martın 25-dən saat 11:00-dan “İdman TV”də start götürən layihədə olimpiya, dünya və Avropa çempionları “Skype” vasitəsilə evdən müxtəlif idman nümunələri göstərəcəklər.Layihənin ilk qonağı olimpiya və dünya çempionu Fərid Mansurov olub Növbəti günlərdə Elnur Məmmədli, Toğrul Əsgərov və digər titullu idmançılar da TV layihəyə qoşulacaqlar.
Əsas məqsəd idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir.

CANLI YAYIM