Avroliqa rəhbərliyi mövsümün bərpasına ümid edir

26 Mart, 14:16 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqa rəhbərliyi mövsümün nəticələrini ləğv etmək fikrində deyil.
Təşkilatın İcraiyyə Komitəsinin iclasında qərara alınıb ki, Avropada koronavirusun fəsadları aradan qalxdıqdan sonra mövsüm bərpa ediləcək. İndiki məqamda isə çempionatın nəticələrinin ləğv olunması gözlənilmir. Bununla yanaşı, liqa rəhbərliyi mövsüm bərpa olacağı halda onu məhz formata uyğun bitirməyi qərara alıb. Yəni, müntəzəm çempionat başa çatdıqdan sonra ¼final, daha sonra isə “dördlər finalı” təşkil olunacaq. Eyni sözlər avrokubok turnirinə də aiddir.
Amma vəziyyət daha acınacaqlı həddə çatsa, Avroliqa rəhbərliyi alternativ variantlar haqda fikirləşəcək.