Pedro "Çelsi"dən gedəcək

26 Mart, 14:33 Sosial mediada paylaşın:
Pedro mövsümün sonunda “Çelsi”ni tərk edəcək. Bu barədə İspaniyanın “Cadena SER” radiosu məlumat yayıb. Yayda London klubu ilə müqavilə müddəti başa çatan 32 yaşlı ispaniyalı futbolçunun karyerasını harada davam etdirəcəyi deyilmir.
Xatırladaq ki, hazırki mövsüm “zadəganlar”ın heyətində 18 oyun keçirən Pedro 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

CANLI YAYIM