"Las Veqas"ın qapıçısı mövsümün bərpa olunacağına inanmır

28 Mart, 12:50 Sosial mediada paylaşın:
“Las Veqas Nayts”ın qapıçısı Robin Lener MXL-də mövsümün tamamlanacağına inanmır.
Amerika mətbuatına müsahibə verən 28 yaşlı qapıçı gələcəklə bağlı bədbin fikirlər söyləyib: “Ölkədə 100 mindən artıq insan koronavirusa yoluxubsa, mövsümü bərpa etmək mümkün olmayacaq. İndiki məqamda əsas məqsəd təhlükəsizlikdir.Vəziyyəti 180 dərəcə dəyişib mövsümə yenidən başlaya bilməzsiniz. Məncə, mövsümü xilas etmək şansımız sıfıra bərabərdir. İndiki yarışın üstündən xətt çəksək, oktyabrda normal qaydada yeni çempionata start vermək olar”.

CANLI YAYIM