"Barselona" mükafat fondunu azaltmaq istəyir

30 Mart, 12:51 Sosial mediada paylaşın:
“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək.
İspaniya mətbuatının məlumatına görə, artıq klub mükafat fondunu azaltmaq haqda fikirləşir. Məsələ ondadır ki, komandanın oyunçuları rəhbərliyə “Real”ı nümunə göstərir. Belə ki, Madrid klubunun rəhbərliyi pandemiyaya görə oyunçuların məvacibini azaltmayacaq. Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyir.
Klubun bəzi üzvlərinin fikrincə, hazırda yaranan maliyyə problemlərinə görə günahkar elə rəhbərliyin özüdür.

CANLI YAYIM