Keyn "Tottenhem"dən gedə biləcəyini söyləyib

30 Mart, 13:05 Sosial mediada paylaşın:
Harri Keyn “Tottenhem”dən gedəcəyini istisna etməyib.
“İnstagram” səhifəsində canlı yayım açan ingilis hücumçu gələcəyi haqda söyləyib: “Məndən müntəzəm olaraq gələcək karyeram barədə nəsə soruşurlar. Bu elə məsələdir ki, mən onun haqqında konkret heç nə deyə bilmərəm. “Tottenhem”i çox sevirəm. Amma inkişaf edə bilməyəcəyimi və ya klubun doğru istiqamət üzrə getmədiyini görsəm, burada qalmayacağam. Mən ambisiyalı futbolçuyam”.
Xatırladaq ki, 2009-cu ildən bu klubda oynayan Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

CANLI YAYIM