Kormye koronavirusa görə karyerasını bitirmək istəyir

30 Mart, 13:30 Sosial mediada paylaşın:
UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Daniel Kormye koronavirusa görə karyerasını bitirmək haqda fikirləşir.
41 yaşlı amerikalı idmançı yayda Stipe Mioçiçlə 3-cü dəfə görüşməyi planlaşdırırmış. 2018-ci ilin iyulunda bu rəqibini ilk raundda nokaut edən Kormye kəmərə yiyələnsə də, ötən ilin avqursunda revanş görüşündə məğlub olub. Tərəflər 3-cü döyüşlə bağlı razılığa gəlsə də, pandemiya onların planlarını pozub.
Amerika mətbuatına açıqlama verən Kormye indiki məqamda məşq edə bilmədiyini söyləyib və bildirib ki, vəziyyət ən yaxşı halda payızda qaydasına düşsə də artıq oktaqona çıxa bilməyəcək. Ona görə də dünya çempionu belə bir məqamda karyerasını bitirəcəyini açıqlayıb.

CANLI YAYIM