Nurməhəmmədov Rusiyadan çıxa bilmir

31 Mart, 13:48 Sosial mediada paylaşın:
Aprelin 18-i keçiriləsi qaydasız döyüş ustaları Həbib Nurməhəmmədov və Toni Ferqyuson arasında görüş çox güman baş tutmayacaq.
Ona görə ki, Rusiya sərhədləri bağlandığından dağıstanlı döyüşçü ölkəni tərk edə bilmir. Onun atası Əbdülmanaf Nurməhəmmədov mətbuata açıqlamasında döyüşün keçirilməyəcəyini istisna etməyib: “Biz dünyanın istənilən nöqtəsinə gəlməyə və döyüşü keçirməyə hazırıq. Amma indi heç nə bizdən asılı deyil. Əslində döyüşün Birləşmiş Ərəb Əmirliklərində baş tutacağını gözləyirdik. Amma karantin qaydalarına görə bu mümkün olmadı. İndi Rusiyadayıq və buradan çıxa bilmirik. Döyüş baş tutmasa, nə baş verəcək? Əlbəttə, bu böyük faciə olmayacaq. Amma Ferqyusonu məğlub etməyi çox istəyirdik”.

CANLI YAYIM