Formula 1-də Kollektiv Razılıq müqaviləsi necə imzalanacaq?

31 Mart, 13:51 Sosial mediada paylaşın:
Formula 1 komandaları yeni Kollektiv Razılıq müqaviləsi bağlamağa hazır deyil.
Almaniya mətbuatının yazdığına görə, böhran başa çatmayana qədər heç bir komanda uzunmüddətli müqavilə imzalamayacaq. Məsələ ondadır ki, Kollektiv Razılıqla bağlı müqavilənin müddəti bu ilin sonunda başa çatır. Komandaların qarşıdakı 5 il üçün yeni sənəd hazırlayacağı gözlənilsə də, pandemiya bütün planları alt-üst etdi. Belə bir vəziyyətdə komandalar maliyyə böhranı ilə üzləşəcəyindən ehtiyatlanaraq uzunmüddətli müqaviləvəyə razı olmayacaq. İndiki məqamda yalnız 1 illik anlaşmanın olacağı gözlənilir.
Yeri gəlmişkən, böhrana görə növbəti mövsüm xərc limitinin 175 milyondan 100 milyon dollara qədər enəcəyi ilə bağlı xəbərlər də dolaşır. Yeni texniki reqlamentin isə 2022-ci ildən qüvvəyə minəcəyi dəqiqləşib.

CANLI YAYIM