Makinroy koronavirusa yoluxub

1 Aprel, 12:02 Sosial mediada paylaşın:
Tennis üzrə ABŞ millisinin sabiq kapitanı Patrik Makinroy koronavirusa yoluxub.
Buna rəğmən, əfsanəvi raketka ustası özünü yaxşı hiss etdiyini bildirib. Maraqlıdır ki, belə vəziyyətdə Patrik xəstəxanada müalicə almaqdansa, yaşadığı evin zirzəmisində özünü cəmiyyətdən təcrid etməyi qərara alıb. O, belə etməklə ailə üzvlərini xəstəlikdən qoruyacağını söyləyib.
Xatırladaq ki, Patrik böyük qardaşı, digər tanınmış tennisçi Con Makinroydan fərqli olaraq “Böyük Dəbilqə”seriyasının fərdi yarışlarında yüksək nailiyyətlər qazana bilməyib. Müvafiq turnirlərdə o, yalnız 1 dəfə 1989-cu ildə “Rolan Qarros”un qoşa yarışında qalib gəlib. Makinroy həmçinin 1993-cü ildə Amerika millisinin heyətində Devis Kubokunu qazanıb.

CANLI YAYIM