"Mançester Yunayted" De Liqtdən əl çəkmir

1 Aprel, 12:16 Sosial mediada paylaşın:
“Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Matteys De Liqti transfer etməyi planlaşdırır.
ABŞ-ın məşhur ESPN telekanalının məlumatına görə, mançesterlilər “Napoli”dən Kalidu Kulibali ilə yanaşı, Niderland futbolçusunu da “Old Trafford”a gətirmək istəyir. De Liqt hələ ötən yay “Yuventus”a keçməzdən əvvəlbaş məşqçi Ole Qunnar Sulşer gənc müdafiəçini öz komandasında görmək arzusundaydı. Onun Turin klubuna keçidi heç də o demək deyil ki, artıq bu transfer baş tutmayacaq. Belə ki, mançesterlilər mövsümün sonunda De Liqtə görə “Qoca sinyorra”ya müraciət etməyi planlaşdırır. Amma çətin ki, “Yuventus” belə vəziyyətdə gənc müdafiəçini əldən versin...

CANLI YAYIM