Rocers Koutinyonu "Lester"də görmək istəyir

1 Aprel, 12:24 Sosial mediada paylaşın:
“Lester”“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyonu öz heyətinə cəlb etmək istəyir.
İspaniya mətbuatının məlumatına görə, “tülkülər”in baş məşqçisi Brendan Rocers hazırda icarə əsasında “Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçinin transferində israrlıdır. Sadəcə, Koutinyonun keçidi üçün “Barselona”nın müəyyənləşdirdiyi məbləğ bəlkə də“Lester”in büdcəsinə uyğun olmayacaq. Ona görə də, premyer liqa təmsilçisi futbolçunu icarəyə də götürə bilər.
Məsələ ondadır ki, indiki məqamda braziliyalı futbolçuya görə heç bir klub “Barselona”ya böyük məbləğ ödəməyə hazır deyil.

CANLI YAYIM