"Barselona" Kurzavaya müqavilə təklif edir

1 Aprel, 12:28 Sosial mediada paylaşın:
PSJ-nin müdafiəçisi Leyvin Kurzava isə “Barselona”nın maraq dairəsindədir.
Heyəti gücləndirmək istəyən katalonlar yayda azad agent statusu əldə edəcək futbolçu ilə danışıqlar aparmağa hazırlaşır. Belə ki, mövsüm başa çatdıqdan sonra Firponu transferə çıxarmaq istəyən katalonlar onu fransalı sağ cinah müdafiəçisi ilə əvəzləmək niyyətindədir. Amma Kurzava ilə razılaşmaq “Barselona” üçün heç də asan olmayacaq. Çünki Leyvi ilə “Liverpul” və “Arsenal” da maraqlanır. Xatırladaq ki, Kurzava 2015-ci ildə 25 milyon avroya “Monako”dan PSJ-yə transfer olunmuşdu.İndiki mövsümdə o, Paris klubunda keçirdiyi 14 oyunda yalnız 1 qol vura bilib.

CANLI YAYIM