Paskual Qvardiola ilə dostluğundan danışıb

1 Aprel, 12:34 Sosial mediada paylaşın:
“Zenit”basketbol klubunun baş məşqçisi Xavyer Paskual futbol mütəxəssisi Xosep Qvardiola ilə dostluğundan danışıb.
2010-cu ildə “Barselona” basketbolçularına Avroliqanın baş mükafatını qazandıran məşqçi Rusiya mətbuatına müsahibəsində futbola sevgisindən söhbət açaraq deyib: “Barselona”nın futbol komandasının şanlı tarixi var. Hər klub belə böyük uğurlarla öyünə bilmir. Mən bu şəhərin basketbolçuları ilə işlədiyim dövrdən Qvardiola ilə dostluq edirəm. Bizim münasibətlərimiz əladır. Qvardiola hansı komandada işləyirsə, o komandaya da azarkeşlik edirəm. Deyirsiniz ki, “Barselona”nın tarixində ən güclü oyunçu kimdir? Bu, çətin sualdır. Yohan Kroyffun, Ladislao Kubalanın və Lionel Messinin adını çəkmək olar. Hansısa futbolçu “bir nömrədir” demək düzgün deyil. Neçə-neçə futbolçu adını “Barselona” tarixinə yazdırıb. Ən əsası elə budur”.

CANLI YAYIM