Pandemiyaya görə "Vimbldon" turniri ləğv edilib

2 Aprel, 12:47 Sosial mediada paylaşın:
Bu il “Vimbldon” tennis turniri keçirilməyəcək.
Əslində, bir neçə gün əvvəl Böyük Britaniya mətbuatına istinadən təşkilat komitəsinin belə bir qərar qəbul edəcəyini diqqətinizə çatdırmışdıq.Artıq ingiltərəlilər indiki mövsümdəyarışın ləğv olunduğunu rəsmən elan edib. Xatırladaq ki, “Böyük Dəbilqə” seriyasının bu turniri iyunun 29-dan iyulun 12-nə qədər Londonda keçirilməli idi. Amma koronavirusa görə təşkilat komitəsi risk etməyib. Halbuki yarışı ilin sonuna qədər təxirə salmaq olardı.
Qeyd edilir ki, növbəti 134-cü turnir 2021-ci ilin iyununda olacaq. Xatırladaq ki, bundan əvvəl sonuncu dəfə tennisçilərin Vimbldon turniri 1945-ci ildə dünya müharibəsinə görə keçirilməmişdi.

CANLI YAYIM