"Aston Martin" Formula 1-ə qayıtdı

2 Aprel, 12:53 Sosial mediada paylaşın:
“Aston Martin” Formula 1-ə qayıdacağını elan edib.
Daha doğrusu, “Reysinq Point”in kanadalı sahibi Lourens Stroll ilin əvvəlində “Aston Martin”in səhmlər paketini ələ keçirdikdən sonra öz komandasının adından imtina etməyi qərara alıb. Beləliklə, bu sövdələşmədən sonra “Aston Martin” Formula 1-də zavod komandası kimi fəaliyyət göstərəcək.Stroll mətbuata açıqlamasında deyib: “Son bir neçə ayda bütün diqqətimi səhmlərə aid işlərə yönəltdiyimdən yuxusuz qalmışdım. Bu mənim karyeramın ən əhəmiyyətli sövdələşməsi oldu. “Aston Martin”in yeri ürəyimdə tam başqadır. Onu da yaxşı bilirəm ki, bu brendin adını daşıyacağımıza görə böyük psixoloji təzyiq altında çıxış edəcəyik. Biz ilk günlərdən rəqabətədavamlı olacağıq”.

CANLI YAYIM