"Ottava"nın daha 4 üzvü koronavirusa yoluxub

2 Aprel, 12:59 Sosial mediada paylaşın:
MXL-də çıxış edən “Ottava Senators”un daha 4 əməkdaşı koronavirusa yoluxub.
Bu günlərdə klub iki xokkeyçisinin xəstəliyə tutulduğunu açıqlamışdı. Amma indi virusa yoluxan xokkeyçilər deyil, ofis işçilərdir. Hazırda MXL komandaları arasında koronavirus daha çox məhz “Ottava” klubuna ciddi zərbə vurub. Amma “senatorlar” bəyanat yayaraq öz üzvlərinin xəstəliyi yüngül keçirdiyini bildirib.
Maraqlıdır ki, Milli Basketbol Assosasiyasından fərqli olaraq Milli Xokkey Liqasında virusa yoluxanların adları açıqlanmır.

CANLI YAYIM