Nurməhəmmədov Ferqyusonla döyüşməyəcəyini elan edib

2 Aprel, 13:18 Sosial mediada paylaşın:
Həbib Nurməhəmmədovla Toni Ferqyuson arasında aprelin 18-nə nəzərdə tutulan döyüş baş tutmayacaq.
Bu barədə dağıstanlı idmançı “İnstagram” hesabında məlumat yayıb: “Evdə oturmuşam. Özümü təcrid etmişəm. Şərhləri oxuyuram və məndə belə təəssürat yaranır ki, bütün dünya karantində qalıb müalicə olunmalı, amma Həbib sağlamlığına əhəmiyyət vermədən özünü riskə ataraq məşq etməlidir. Mən sizin hisslərinizi yaxşı başa düşürəm. Elə özüm də döyüşün baş tutmayacağına görə üzülürəm. Bu görüşdən sonra yeni planlarım da var idi, amma məndən asılı olmayan məqamlar var. Sağlamlığınızı fikirləşin və özünüzü mənim yerimə qoyun!”

CANLI YAYIM