Formen Vaylderi ruhdan düşməməyə səsləyib

2 Aprel, 13:24 Sosial mediada paylaşın:
Peşəkar boks üzrə sabiq dünya çempionu Corc Formen amerikalı Deontey Vaylderin 3-cü görüşdə Tayson Fyurini məğlub edə biləcəyini söyləyib.
Mətbuata açıqlamasında görkəmli rinq ustası həmyerlisinə dəstək olduğunu bildirib: “Əslində bu barədə Deonteylə söhbət etmişəm. Mən özüm də Afrikada Məhəmməd Əli ilə görüşərkən belə vəziyyətə düşmüşəm. İndiki məqamda Vaylder hələlik bu məğlubiyyətin acısı ilə yaşamağa məcburdur. Amma mən ona vəziyyətdən çıxış yolunu öyrədə bilərəm. Vaylder Fyurini nəinki məğlub edə, hətta onu asanlıqla üstələyə bilər. Yetər ki, ona daha bir dəfə imkan verilsin!”

CANLI YAYIM