"Sibona" fəaliyyətini dayandırıb

2 Aprel, 13:30 Sosial mediada paylaşın:
Pandemiyanın yaratdığı maliyyə fəsadlarına görə “Sibona” fəaliyyətini dayandırıb.
Xorvatiyanın ən nüfuzlu basketbol komandasının rəhbərliyi oyunçular, məşqçilər və bütün ofis işçiləri ilə əməkdaşlığı dayandırıb. Zaqreb klubunu belə bir addım atmağa Xorvatiya Basketbol Federasiyası məcbur edib. Belə ki, qurum çempionatın nəticələrini ləğv etməklə liqada çıxış edən komandaların bütün ümidlərinin üstündən xətt çəkib. Nəticədə fəaliyyət göstərməyin mənasız olduğunu anlayan “Sibona” klubu öz işçilərinə məvacib verməmək üçün onlarla müqavilələri pozub.

CANLI YAYIM