"Napoli" Kavani ilə danışıqlara başlayıb

3 Aprel, 13:14 Sosial mediada paylaşın:
“Napoli” sabiq hücumçusu Edinson Kavanini geri qaytarmağı düşünür.
“Tuttosport” nəşrinin məlumatına görə, yayda PSJ ilə müqavilə müddəti başa çatan 33 yaşlı hücumçu azad agent statusu ilə Neapola gələ bilər. Mənbə onu da bildirir ki, artıq futbolçunun agenti Neapol klubu ilə danışıqlara başlayıb. İtaliyada uruqvaylı futbolçuya ilə 7 milyon avro məvacib veriləcəyi deyilir.
Xatırladaq ki, yanvar ayında Kavani “Atletiko”ya keçməyə yaxın idi. Amma son anda PSJ futbolçusunun keçidilə bağlı təklifdən imtina edib.

CANLI YAYIM