Ataman: "Avroliqa mövsümü vaxtında dayandırdı"

6 Aprel, 12:20 Sosial mediada paylaşın:
“Anadolu Efes”in baş məşqçisi Ərgin Ataman Avroliqa rəhbərliyinin mövsümü vaxtında yarımçıq saxladığını bildirib.
Türkiyəninnüfuzlu “Akşam” qəzetinə müsahibə verən mütəxəssis Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən narazılığını da söyləyib: “Avroliqa mövsümü vaxtında dayandırdı. Ümumiyyətlə, tək basketbolda yox, digər idman təşkilatlarında da mühüm tədbirlər görüldü.Onların hamısı da Ümumdünya Səhiyyə Təşkilatı ilə razılıq əsasında qərar qəbul etdi. Bircə həftə geciksəydilər, vəziyyət daha da acınacaqlı həddə çatardı. Amma mənə elə gəlir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanı gec elan etdi”.
Xatırladaq ki, 28 turdan sonra dayandırılan müntəzəm çempionatda məhz Atamanın başçılıq etdiyi “Anadolu Efes” 1-ci pillədə qərarlaşmışdı.

CANLI YAYIM