"MotoGP" rəhbəri mövsümün ləğvini istisna etməyib

6 Aprel, 12:29 Sosial mediada paylaşın:
Bu mövsüm “MotoGP” rəhbərliyi heç olmasa 10 Qran-pri təşkil etmək istəyir.
Hərçənd yarışın baş direktoru Karmelo Espeleta bir qədər ehtyatlı açıqlamaları ilə yadda qalıb. O, indiki vəziyyətdə insanların motosiklet yarışları haqda fikirləşmədiyini də söyləyib. Espeletanın fikrincə, vəziyyət qaydaya düşəndən sonra 10 Qran-pri təşkil etmək onlar üçün böyük uğur olardı. Amma ispaniyalı funksioner mövsümün tam ləğvini də istisna etməyib. Xatırladaq ki, koronavirusa görə artıq mövsümün 6 yarışı təxirə salınıb. Təqvimə əsasən bundan sonra ilk Qran-priyə mayın 31-də İtaliyada start verilməlidir. Nə qədər qəribə səslənsə də, düz pandemiyanın episentrində... Böyük ehtimalla, həmin yarış da ən yaxşı halda təxirə salınacaq.

CANLI YAYIM