"Anadolu Efes", "Real" və "Valensiya" məvacibləri azaltmayacaq

6 Aprel, 12:50 Sosial mediada paylaşın:
Koronavirusa görə Avroliqa yarımçıq dayandırıldığından bir çox klub böhran vəziyyətinə düşməmək üçün basketbolçuların məvacibini azaldır.
Amma bu sözü hər kluba aid etmək olmaz. Qitə mətbuatı yazır ki, liqada mübarizə aparan 3 klub - “Anadolu Efes”, “Real” və “Valensiya”maliyyə ixtisarları haqda fikirləşmir.Çünki vəziyyət sabitləşəndən sonra Avroliqa rəhbərliyi yarışı dərhal bərpa etmək niyyətindədir.Adıçəkilən klublar da buna görə məvacibi kəsmək fikrində deyil. Amma indiki məqamda mövsümü ən yaxşı halda yay aylarında bərpa etmək mümkün olacaq. Hər halda, pandemiya başa çatsa belə, basketbolçuların normal məşqlərə qayıdıb formaya düşməsi üçün də azı 3 həftə vaxt gərəkdir.Onu da nəzərə almaq lazımdır ki, hələ Avroliqada müntəzəm çempionat da yarımıq qalıb.

CANLI YAYIM