İspaniya Tennis Federasiyası yay turniri keçirə bilər

6 Aprel, 14:29 Sosial mediada paylaşın:
İspaniya Tennis Federasiyası mövsüm baş tutmayacağı halda yay turniri keçirməyi planlaşdırır.
Bu barədə ölkənin nüfuzlu “Marca” nəşri məlumat yayıb. Pandemiya ilə bağlı vəziyyət yaxşılaşmasa, yarışın necə keçiriləcəyi tam anlaşılmaz olsa da, federasiya yerli tennisçiləri formada saxlamaq üçün belə bir plan haqda fikirləşir. Deyilənə görə, turnirdə Rafael Nadal, Roberto Bautista-Aqut, Pablo Korrenyo-Busta, Albert Ramos, Fernando Verdasko və reytinqdə ilk “100-lük”də qərarlaşan digər tennisçilər də iştirak edəcək.
Amma bu turnirdə göstərilən nəticələrə görə raketka ustaları reytinq xalları qazanmayacaq. Mükafat fondu isə milyon avro ola bilər. Bu məbləğ İspaniya Tennis Federasiyasının hesabına Devis Kubokunda qələbədən sonra köçürülüb.

CANLI YAYIM