Pitino Avroliqa ilə Amerika basketbolunu müqayisə edib

6 Aprel, 14:32 Sosial mediada paylaşın:
“Panatinaikos”un baş məşqçisi Rik Pitino Avroliqanı Amerikanın univeristet liqası ilə müqayisə edib.
Onun fikirlərinə görə, bu liqadakı ab-hava ilə MBA arasında yetərincə fərq var: “Avroliqada mükəmməl baskebol oynayırlar. Məşqçilərin və hakimlərin səviyyəsi yüksəkdir. Avropada komandaların strategiyaları bizim universitet komandalarınınkına bənzəyir. MBA-da isə vəziyyət fərqlidir. Amerikada “Kentukki” ilə “Luisvill”, “Şimali Karolina” ilə “Dyuk” arasında necə rəqabət yaşanırsa, Yunanıstanda “Panatinaikos”la “Olimpiakos” arasında derbi də eyni ab-havada keçir. Ümumiyyətlə, Avropada olan atmosfer nəinki ABŞ-da, ümumiyyətlə, heç bir yerdə yoxdur”.
Xatırladaq ki, bir neçə həftə əvvəl Pitino koronavirus pandemiyasına görə “Panatinaikos”la müqaviləsinə gözlənilmədən xitam verib ABŞ-a qayıtmışdı.

CANLI YAYIM