MXL-də mövsüm bərpa oluna bilərmi?

7 Aprel, 13:06 Sosial mediada paylaşın:
Koronavirusun okeanın o tayında peşəkar idman liqalarına vurduğu zərbənin acısını MXL də yaşayır.Pandemiya dünyanın bir nömrəli xokkey liqasında da mövsümün ləğvinə gətirib çıxara bilər. Düzdür, istər liqa rəhbərliyi, istərsə də klublar vəziyyətdən çıxış yolu tapıb yarrışları bərpa edəcəklərinə inanırlar. Hətta mövsümü normal şəkildə olmasa da müxtəlif variantlar əsasında bitirmək istəyənlər də var.
Amerika mətbuatı yazır ki, mövsüm bərpa olunacağı halda, liqanın oyunları 4 şəhərdə davam etdirilə bilər. ESPN-in versiyasına görə, bu ideya kimi müzakirəyə çıxarılsa da, MXL rəhbərliyi hələlik gözləmə mövqeyi tutur. Pley-offların formatına gəlincə, burada komandaların sayı artırıla da bilər. Yəni, normal vəziyyətdə pley-offa 16 komanda vəsiqə qazanırsa, indiki məqamda Stenli Kuboku uğrunda 20, hətta 24 komandanın mübarizəyə qoşulması mümkündür.
Təbii ki, belə məqamda mövsümün bərpasında hamıdan çox klublar maraqlı olur. Axı, keçirilən hər bir oyun büdcənin yetərincə zənginləşməsinə şərait yaradır. Oyunlar baş tutmadıqca, gəlir əldə etmək imkanı 0-a enir. Ona görə də, klub rəhbərliyi bu vəziyyətdən mümkün qədər minimal itki ilə çıxmaq istəyir. Liqanın bərpası isə onlar üçün ən ideal variantdır. Məsələn, Şərq konfransında mübarizə aparan “Nyu-York Aylenders”in baş meneceri Lu Lamorello mövsünün bərpa olunacağına ümid etdiyini bildirib: “İndiki məqamda nikbinliyimi itirmirəm. Mövsümü iyun, iyul və avqust ayında da bərpa etmək olar. Mənə elə gəlir ki, biz xokkey oynamağa davam edəcəyik və özümüzü ancaq buna kökləməliyik. Ancaq indi hamımız üçün önəmli olan insanların sağlamlığıdır. Hazırda bəşəriyyət başqa bir dünyada yaşayır. Biz öz yaxınlarımızı bu bəladan qorumalıyıq. Amma istisna etmirəm ki, müəyyən vaxtdan sonra mövsümü bərpa etmək üçün gecikə də bilərik. Hər halda, Qari Bettmen və onun ətrafı bunu yaxşı bilir. Məsələnin müzakirəsini onların ixtiyarına buraxıram”. SİTATIN SONU
“Aylenders”in hücumçusu Cordan Eberle isə bir qədər bədbin danışıb: “Mən mövsümün davam etdirilməsinin tərəfdarıyam. İlin istənilən fəslində oynamağa hazıram. Amma indi elə vəziyyət yaranıb ki, onun nə ilə yekunlaşacağını deyə bilmirəm. Çünki növbəti mövsümü tam şəkildə keçirmək istəyirik. Bunun üçün isə bizim istirahətə ehtiyacımız var. Vaxt ötdükcə növbəti mövsümə də zərbə dəyir. İndi ancaq ehtimallarla yaşayırıq. Kimi iyun, kimi isə iyul ayından danışır. Ya da ki, ən pis halda biri çıxıb desin ki, “cənablar, biz bu mövsümü konkret olaraq itirdik”. Məhz belə olduqda artıq növbəti mövsüm haqda fikirləşə bilərik” SİTATIN SONU
“Orlando Mecik”in müdafiəçisi Evan Furnye MBA-da mövsümün bərpa ediləcəyinə inanmadığını söyləyib. Toto Volff yaxın aylarda Formula 1-də yarışların, nəhayət, başlanacağına inanmadığını söyləyib. Fyodor Yemelyanenko oktaqona çıxacağı vaxtı açıqlayıb.
 

CANLI YAYIM